Yüksək davamlılığa malik altıguşəli NectorHDMesh torunun əsasında hazırlanmış sistem. Yer bərkidiciləri və ya yer mismarları, polad sistem lövhəsi və qaykası şəklində yamacda tor bərkidici elementləri ehtiva edir. Sistemə həmçinin məftil troslar, tros sıxıcı elementlər, ağır torun ayrı-ayrı vərəqlərini birləşdirmək üçün polad sıxaclar baza elementləri kimi daxildir. Adətən bu sistemə elastik yamac üzləmə sistemi, yataqlar deyilir.
O, bütün torpaq şəraitində istifadə imkanları təklif edən qənaətcil bir çözümdür. Əlavə olaraq, torpağın üst qatından istifadə etməklə erroziyaya qarşı döşək (məs. kokos, saman) və ya yükdaşıyan, konstruksiya elementi olan şəbəkə altında əkim vasitəsilə təbii yaşıl, bioloji aktiv yamac əldə edirik.
Torpaqla bağlı tələblərdən asılı olaraq, müxtəlif diametrli, yüksək dözümlülüyə malik məftil torlardan istifadə olunur.