Təbii təhlükədən müdafiə sistemi, altıguşəli torlar və qabionlar

NECTOR altıguşəli torların, qabionların və təbii təhlükədən müdafiə sistemlərinin istehsalı üzrə ixitsaslaşmış ilk POLŞA ŞİRKƏTİDİR.

NECTOR Krakovda 1890-cu illərdən bəri mövcud olan, altıguşəli torların hazırlanması ənənəsini davam etdirir.

Nector Rm ≥ 1770 N/mm2 gücə malik paslanmaz polad məftildən altıguşəli xüsusi torlar istehsal edən dünyada ilk və yeganə şirkətdir.

NECTOR öz müştərilərinə hər baxımdan mükəmməl, yüksək keyfiyyət və texniki standartlara cavab verən və həm də ətraf mühitə zərərsiz olan məhsullar təklif edir.

Biz sink-alüminium qalvanik örtüklü (qalfan, krapal, bezinal) və və əlavə ultrabənövşəyi şüalara dözümlü PVC örtüklü, eləcə də paslanmaz poladdan, A sinif məftillərdən hazırlanmış məhsullar təklif edirik.

Siatki heksagonalne Nector
Nector gabiony Polska

Ən yüksək keyfiyyət standartları

NECTOR məhsullarının üstün keyfiyyəti və optimal texniki xüsusiyyətləri gücləndirmə konstruksiyaları və tikintinin hər hansı formasının etibarlılığına və dözümlülüyünə zəmanət verir.

Akkreditasiyadan keçmiş laboratoriyalarla əməkdaşlıq və öz test avadanlıqlarımız istehsalın hər bir mərhələsində ən yüksək keyfiyyəti təmin edir. Sizi təfərrüatlı təklifimizlə tanış olmağa və bizimlə əməkdaşlıq etməyə çağırırıq.